Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb.
İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar.
Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar.
Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər? Broyler bir aya yetişir, kənd toyuğu dörd aya Axar.az “Kaspi” qəzetinə istinadən
Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir.
Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır”.
Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur.
Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: “Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır.