Kənd yolları keçilməz olub VİDEO

02.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ağırtonnajlı yük maşınları yolu yararsız vəziyyətə salıb...

Bakıvaxtı.az-ın xezerxeberə-a istinadəm nəlumatına görə, sakinlər deyirlər ki, Neftçalanın Beştalı və Şorlar kəndlərini birləşdirən yol artıq xeyli müddətdir bu vəziyyətdədir.

Kənd sakinləri bildirirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə yoxdur.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolda mütəmadi olaraq xüsusi texnikalar vasitəsilə cari təmir və hamarlama işləri həyata keçirilir. Lakin ağırtonnajlı nəqliyyat vasitələrinin intensiv hərəkəti yol örtüyündə yenidən deformasiyaların yaranmasına səbəb olur. Ərazidə tikinti-quraşdırma işlərinin davam etməsi nəzərə alınaraq, uzunmüddətli və dayanıqlı istismarının təmin edilməsi üçün daha genişmiqyaslı təmir tədbirlərinin həyata keçirilməsinə ehtiyac var.

Yolun əsaslı təmiri ilə bağlı müvafiq tədbirlərin investisiya proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью