Milli.az saytına istinadən Icma.az xəbər verir.
Kənd yumurtasının qiyməti son 1 ayda 20-30 qəpikdən 40-50 qəpiyə qədər artıb.
Bəs bahalaşmaya səbəb nədir?
Milli.Az xəbər verir ki, satıcılar bahalaşmanın əsas səbəbi kimi məhsulun az olmasını göstərirlər:
"Artıma digər səbəb isə yem və başqa xərclərin də artmasıdır. Taxılın qiymətinin artması da yumurtanın qiymətinə təsir edib. Toyuqlar da xəstələnib. Toyuq sayı da azalıb".
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib:
"Yay mövsümündə kənd toyuqlarından gündəlik təxminən 300-400 min yumurta əldə olunduğu halda, payız və qış aylarında istehsal 80 minə qədər azalır. Bazarda məhsula olan tələbatın davam etməsi təklifin azalması ilə birlikdə qiymətlərə təsir göstərir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)