Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Kendall Jenner şəxsi həyatı və cinsi orientasiyası ilə bağlı nadir açıqlamalar verib.
OLAY yazır ki, bir proqramda qonaq olan 30 yaşlı Kendall, model və aktrisa Kara Delevin ilə dostluğu ətrafında yaranan söz-söhbətləri xatırlayıb.
“Biz artıq çox uzun müddətdir dostuq, təxminən 11-12 ildir” deyə Kendall bildirib. Onun sözlərinə görə, Kara onu müəyyən mənada himayəsinə götürüb, model dünyasında özünü təhlükəsiz və xoş qarşılanmış hiss etməsinə kömək edib.
Daha sonra Kendall ictimaiyyətin onunla 34 yaşlı Karanın sadəcə dost olub-olmadıqlarını müzakirə etdiyini xatırladıb.
Qadınlara qarşı romantik və ya cinsi cazibə hiss etmədiyini bildirən Kendall, bununla belə, bir qızla əylənməyə qarşı olmayacağını da qeyd edib.