Kəndin adı qalıb...

06.02.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Biz kənddə təmiz hava görmüşük, təmiz su görmüşük, mal- qoyun, toyuq - cücə  görmüşük. 40-50 il bundan əvvəl kəndi belə görmüşük...Bu yaxınlarda kəndimizə getdim və dediklərimin əksini gördüm.

Və gördüm ki, kəndimiz.40- 50 il bundan əvvəlki kənd deyil! Nə havası həmin havadı, nə suyu həmin sudu, nə  də barı- bərəkətı həmin  bardır.Elə bil ki,kəndin bütün gözəlliyi, bütün şirinliyi çıxıb gedib göyün yeddinci qatına! Nə isə... Qanım lap qaraldı... Çünki əvvəllər hər həyətdən, hər evdən qoyun- quzu, toyuq-  cücə səsi gələrdi, amma indi gəlmir. Bilirsiniz , niyə?! Belə ki, o heyvanları saxlamağa onların otlaq sahələri,örüşləri var idi.

Nə yemə pul verirdilər, nə də digər xərcləri çıxırdı. Kəndə gedəndə qohum- əqrəba sənə , toyuqdan,ətdən,yağdan ,pendirdən ,baldan pay qoyardılar. Hələ bir az da imkanlı qohum quzu kəsib qoyardı.Bütün bunlar  ötən illərdə,ötən günlərdə qalıdı!!! Belə ki, hər adamın otlaq sahəsi yoxdur ki, mal- qoyun saxlasın. Camaat mal- qoyunu  ona məxsus  təsərrüfatlarda saxlayır. İmkanı olmayanlar, otlaq sahəsi olmayanlar  mal- qoyunu satdılar.

Ona görə də , bu gün ölkəmizdə mal və qoyun ətininin qiyməti kəllə- çarxa qalxıb.Əgər əvvələr kəndimizdə min evin həyətində mal- qoyun var idisə, 500 evin həyətində mal- qoyun saxlanılır. Bu, kəndinin artıq tükənməsi və ruzisinin  azalması deməkdir. Kəndimizin çox həyət- bacasından mal- qoyun, toyuq -cücə səsi gəlmir. Ona görə də, kənd öz gözəlliyin, kolaritin yavaş- yavaş itirir...  Və ətin də qiyməti  get- gedə daha da  bahalaşacaq.Kəndlərimiz öz əvvəlki görkəminə qayıtmasa, biz dəyərlərimizi bir müddətdən sonra itirəcəyik. Gəlin, kəndlərimizi solmağa və sönməyə qoymayaq!!!

Emil FAİQOĞLU  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью