Kəndlərdə bankomatların sayı artırılsın Deputatdan TƏKLİF

07.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda kəndlərdə bankomatların sayının artırılması təklif edilib. 

Gununsesi.info  xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələnin müzakirəsi zaman deputat Bəxtiyar Əliyev çıxış edib.

O söyləyib ki, seçicilərlə görüşlərdə onların şikayət etdiyi məsələlərdən biri də kəndlərdə bankomatların çatışmazlığıdır. “İnsanlar bankomatlardan istifadə etmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırlar. Bu baxımdan kənd yerlərində bankomatlarin quraşdırılması insanların bu çətinliyin aradan qaldırar”, – deyə deputat əlavə edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью