Kəndlərdə məşğulluq və gəlirləri artıracaq YENİ QANUN

07.10.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinə dair Milli Məclisdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, qanun qəbul edildikdən sonra "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv olunur: "Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza qanunla əlaqələndirilir. Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır".

"Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək. Kənd yerlərində məşğulluq və gəlirlərin artımına xidmət edəcək, nəticədə ərzaq təhlükəsizliyimiz möhkəmlənəcək", - deyə nazir əlavə edib.

Könül
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью