Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan kinosunun klassik nümunələrindən olan “Kəndlilər” filmindən yayılan kadrlar maraqla qarşılanıb.
Kult.az xatırladır ki, 1939-cu ildə lentə alınan film Cəfər Cabbarlının eyniadlı əsəri əsasında çəkilib və kənd həyatını, sosial ədalətsizliyi əks etdirir.
Filmdə həmçinin Azərbaycan poeziyası nümunələrinə də yer verilib. Ekran əsərində xanəndə Zülfü Adıgözəlovun səsləndirdiyi “Dağ başında duman gəzər, ürəyimdə güman gəzər…” misraları xalq yaradıcılığına aid olub və filmin milli koloritini gücləndirir.
Filmin bəzi kadrlarında Binə kənd məscidi kimi tanınan Möhsüm Səlim məscidi də görünür.
Baş rollarda Ələsgər Ələkbərov (Aşıq Göydəmir), Mustafa Mərdanov, Rza Darablı, Boris Baykov, Tamara İsgəndərova və digər tanınmış aktyorlar yer alıb.
Film Azərbaycan kino tarixində sosial mövzuda ən yaddaqalan ekran işlərindən biri hesab olunur.
Qeyd edək ki, filmdə bütün dialoqlar rus dilində aparılır.