Kəngərli sakini: Bu günü həsrətlə gözləyirdik

20.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Allah Prezidentimizə uzun ömür, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Bu günü həsrətlə gözləyirdik".

Bu fikirləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün Yeganə Babayeva deyib.

O qeyd edib ki, gənc yaşlarında çıxdığı Ağdama 45 yaşında qayıdır:

"Həyat yoldaşımla qayıdıram, sanki yuxudayam. Çox şükür olsun bu günə".

Qeyd edək ki, bu gün Kəngərli kəndinə daha 50 ailə - 207 nəfər köçürülür.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью