Kəngərli və Ordubadın kənd yollarında selin fəsadları aradan qaldırılır

07.06.2025

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yağan güclü yağışlar nəticəsində yaranan sel suları Kəngərli rayonunun Çalxanqala kənd avtomobil yolunun müxtəlif hissələrini yararsız hala salıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal əraziyə baxış keçirilib və bərpa işlərinə başlanılıb.

Hazırda ərazidə yolun sel sularından zədələnmiş hissələri texnika vasitəsilə bərpa olunur və nəqliyyatın normal hərəkətinin təmin olunması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, analoji hal dünən Ordubad rayonunun Tivi kənd avtomobil yolunda da baş verib. Hazırda həmin ərazidə də yolun bərpası, möhkəmləndirilməsi işləri həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью