Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü KONKRET

23.09.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu, onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıb. Onların övladı 2026-cı il təvəllüdlü Rəvan Qasımov həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью