Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb

21.07.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb

Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı bu gün xəstəxanada həyatını itirib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan övladı 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu da həyatını itirmişdi.

Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью