Kəngərlidə baş verən qəzada 4 nəfər yaralanıb FOTOLENT

01.02.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəngərlidə baş verən qəzada 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Böyükdüz kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinı yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью