Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Bizim.Media