Kəngərlidə QƏZA: Körpə oldu

23.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların övladı 2026-cı il təvəllüdlü Qasımov Rəvan Məğrur oğlu isə həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью