Kəngərlidə yol qəzasında xəsarət alan 47 yaşlı kişi öldü

18.02.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş vermişdi.

Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət almışdı.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью