Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyinin bəyanatında bildirilib.

Sənədə əsasən, qərar büdcə məhdudiyyətləri və xarici siyasət prioritetləri nəzərə alınmaqla, ölkənin xaricdəki diplomatik təmsilçiliyinin yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul edilib.

"Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq", - bəyanatda bildirilib.

Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью