Keniya Konqodakı döyüşlərlə əlaqədar Şərqi Afrika sammitini çağıracaq

27.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Konqo Demokratik Respublikasında (KDR) hökumət qüvvələri ilə üsyançılar arasında baş verən şiddətli döyüşlərə görə, Keniya yaxın günlərdə Şərqi Afrika Birliyinin təcili sammitini çağıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Keniya prezidenti Uilyam Ruto bildirib. O, Konqo prezidenti Feliks Çisekedi və Ruanda prezidenti Pol Kaqameni Şərqi Afrika və beynəlxalq ictimaiyyəti sülh çağırışını dinləməyə çağırıb. Ruto vurğulayıb ki, üzv dövlətlərin başçıları ilə məsləhətləşmələrdən sonra növbəti 48 saat ərzində növbədənkənar sammit çağırılacaq və bəzi məsələlər müzakirə ediləcək. Xatırladaq ki, üsyançılar Konqo Demokratik Respublikasının şərqində yerləşən Qoma şəhərini ələ keçirdiklərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью