Keniyada güclü yanğın: ölən və yaralananlar var Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

20.11.2024

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Keniyanın paytaxtı Nayrobinin Kitui kəndində baş verən yanğında 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünya mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən gecə Kitui kəndində baş verən yanğında 50-dən çox evə ziyan dəyib.

Polis rəsmiləri 6 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Yanğının bir neçə saat sonra nəzarətə götürüldüyü, lakin səbəbinin hələlik məlum olmadığı qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi, yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilib.

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью