Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Keniyada hökumətə qarşı son etirazlar zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, toqquşma nəticəsində 10 nəfər ölüb.
Bundan əlavə hakimiyyət paytaxt Nayrobiyə gedən əsas yolları bağlayıb və əksər müəssisələr iğtişaşların qarşısını almaq üçün ən sərt tədbirlər çərçivəsində bağlanıb.
Milli Polis Xidməti 500-dən çox etirazçının həbs edildiyini bildirib.
Etirazlar Keniyanın 47 əyalətindən 17-nə yayılıb.