Keniyada iğtişaşlar: 10 dan çox ölü, 400 yaralı

26.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 25-dən başlayaraq Keniyanı bürümüş etirazlar zamanı 300-ə yaxın polis əməkdaşı yaralanıb. Bundan əlavə, beş odlu silah oğurlanıb.

Oxu.Az kenyans.co.ke-yə istinadən xəbər verir ki, bu barədə Keniyanın daxili işlər və milli hökumətin əlaqələndirilməsi naziri Onesimus Kipçumba Merkomen məlumat verib.

Etirazları Keniya Prezidenti Uilyam Rutonun administrasiyasını devirmək planı adlandıran rəsmi bildirib ki, iğtişaşlar zamanı 300-ə yaxın polis əməkdaşı və 100-ə yaxın mülki şəxs, yəni ümumilikdə 400 nəfər yaralanıb.

Onun sözlərinə görə, etirazlar zamanı 10-dan çox adam da həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью