Keniyada silahlı hücumda deputat vəfat etdi

01.05.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Müxalifətçi deputat Çarlz Onqondo motosikletli hücumçular tərəfindən güllələnib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Keniyanın paytaxtı Nayrobidə baş verib.

Belə ki, Keniyanın qərbindəki Kasipul seçki dairəsini təmsil edən Were motosikletlə onun olduğu maşını izləyən iki silahlı şəxsin hücumuna məruz qalıb.

Avtomobilinin sürücüsü hücumdan sağ çıxsa da, Çarlz Onqondo aparıldığı xəstəxanada dünyasını dəyişib. Prezident Uilyam Ruto polisə hücumla bağlı tam təhqiqat aparmağı tapşırıb və əlavə edib:

"Məsuliyyət daşıyanlar cavab verməlidir”.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью