Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Keniyanın paytaxtı Nayrobidə tikintisi davam edən 12 mərtəbəli bina çöküb.
Xarici medianın məlumatına görə, hadisə nəticəsində dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.
Əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunublar. Hazırda dağıntılar altında qalanların axtarışı və xilas edilməsi istiqamətində əməliyyat aparılır.
Hadisə nəticəsində ölən və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat yoxdur.
Binanın çökmə səbəbləri araşdırılır.