Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya səfəri iki ölkənin uzunmüddətli dostluq əlaqələrinin dərinləşdirilməsinə sadiqliyini göstərir.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri və XİN rəhbəri Musaliya Mudavadi Azərbaycan XİN başçısı ilə Nayrobidə keçirilən danışıqların yekununda bildirib.
O qeyd edib ki, tərəflər Keniya və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş məhsuldar danışıqlar aparıblar: "Biz qarşılıqlı maraq doğuran gündəlikdəki mühüm məsələlərə toxunduq. Bu səfər ölkələrimiz arasında uzunmüddətli dostluğun dərinləşdirilməsinə sadiqliyimizi göstərir".