Kennedi ailəsində daha bir itki

22.10.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikanın keçmiş baş prokuroru və senatoru Robert Kennedinin nəvəsi Kayl Kennedi 42 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, Kayl Kennedi sentyabrın 21-də Massaçusets ştatındakı evində dünyasını dəyişib. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə məhdud çərçivədə keçirilib.

Qeyd edək ki, Kennedi ailəsi tarix boyu çoxsaylı faciələrlə üzləşib. Kayl Kennedinin atası Maykl 1997-ci ildə xizək sürərkən qəza nəticəsində həlak olub. Robert Kennedinin digər oğlu Devid Entoni 1984-cü ildə narkotik maddənin həddindən artıq dozası səbəbindən vəfat edib. Bir neçə il əvvəl isə Robert Kennedinin 22 yaşlı nəvəsi Sörşa Kennedi-Hill də eyni səbəbdən dünyasını dəyişib. Senatorun digər nəvəsi, 40 yaşlı Meyv Kennedi isə oğlu ilə birlikdə kanoe gəzintisi zamanı körfəzdə boğulub.

Robert Kennedi və qardaşı, Amerikaının 35-ci prezidenti Con Kennedi sui-qəsd nəticəsində öldürülüblər. Robert Kennedinin oğlu Maykl 1997-ci ildə xizək qəzasında həyatını itirib. Ailənin digər üzvləri də qəza və müxtəlif faciələr nəticəsində dünyasını dəyişiblər. Bu hadisələr uzun illərdir ictimaiyyətdə “Kennedi ailəsinin lənəti” ifadəsi ilə xatırlanır.

Kayl Kennedi altı il əvvəl aldığı ağır onurğa beyni zədəsi nəticəsində iflic olub. Onun keçmiş həyat yoldaşı Liamdan 12 yaşlı Konor və 10 yaşlı Deklan adlı iki oğlu qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью