Kennedini öldürən şəxsə kömək edilib TRAMPIN İDDİASI

24.03.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, 1963-cü ildə Con Kennedinin öldürülməsi zamanı həbsdə yaxalanaraq öldürülən Li Harvi Osvald qətlin törədilməsində "kömək" edilmiş ola bilər.

Turkustan.az xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı sənədlər ictimaiyyətə təqdim edildikdən sonra prezidentin Air Force One təyyarəsində sualları cavablandırıb.
Tramp deyib ki, Osvald Kennedini öldürdüyünə inanır, lakin onun sui-qəsddə köməl aldığını düşünür.
Prezident Trampın açıqlanan sənədlərdə Osvaldın şərikinin ola biləcəyinə dair fikirləri təsdiqlənməsə də, Tramp sənədlərin məzmununun “çox təəccüblü olmadığını” və bunun “yaxşı bir şey ola biləcəyini” bildirib.
Bildirək ki, 1963-cü ildə Kennedi sui-qəsdinin faili kimi tutulan Osvald həbsdə olarkən Cek Rubi tərəfindən öldürülüb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью