Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı sənədlərin sabah açıqlanacağını bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Con Kennedi ilə bağlı təxminən 80 min səhifəlikdosye olduöunu bildirib.
Tramp qeyd edib ki, bu sənədlərin hamısı ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, bu ilin əvvəlində Donald Tramp federal hökumətə Kennedi, qardaşı Robert Kennedi və Martin Lüter Kinq Jr. sui-qəsdlərinə aid dosyeləri açıqlanmaıs barədə fərman imzalamışdı.
Samir Musayev
MİA.AZ