Kenquru ilə döyüşmək istədi, canından oldu

14.05.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də Cənubi Karolina ştatında kenquru onunla döyüşmək istəyən kişini öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən həftə kenquruların saxlandığı volyerdə baş verib.

Yaxın qohumunu ziyarətə gedən 52 yaşlı Erik Skeyt gücünü kenquru ilə sınamaq istəyib. Amma bu, ona baha baha gəlib. Ağır xəsarətlər alan

Skeyt xəstəxanaya çatdırılsa da, orada canını tapşırıb. Həkimlər onun bədənində çoxsaylı küt xəsarətlər aşkar ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb. Volyer sahibinin təhlükəsizlik qaydalarına riayət edib-etməməsi dəqiqləşdirilir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью