Kenya Barselona dan ayrıla bilər

08.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Qapıçı İnyaki Penya "Barselona"dan ayrıla bilər.

Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper cari mövsüm az oynamasından narazıdır.

O, məsələ ilə bağlı Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikə müraciət edib. Lakin bu, nəticəsiz qalıb.

Almaniyalı mütəxəssis son matçlarda polşalı Voytsex Şensnıya etimad göstərir. Hətta onun müqaviləsinin müddətinin daha bir il uzadılması da gündəmdədir.

Qeyd edək ki, "Barselona"nın əsas qapıçısı Mark-Andre ter Ştegen mövsümün əvvəlində zədələndiyi üçün meydana çıxa bilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью