Kəpənəklərdən gələn xəbərdarlıq

04.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çinin Qinling dağlarının qərb hissəsində aparılan beynəlxalq tədqiqat kəpənəklərin ətraf mühitin vəziyyətini göstərən ən dəqiq təbii indikatorlardan biri olduğunu sübut edib. 400-dən çox kəpənək növünün məskəni olan bu zəngin ərazidə meşələrin qırılması, kənd təsərrüfatının genişlənməsi və təbii landşaftın parçalanması fondunda həşəratların dəyişikliklərə reaksiyası öyrənilib.

Alimlər kəpənəkləri ekoloji uyğunlaşma dərəcəsinə görə üç qrupa bölüblər: ildə yalnız bir nəsil verən xüsusi adaptasiyalı növlər, iki nəsil verən Dar ixtisaslaşmış növlər və müxtəlif şəraitlərə uyğunlaşa bilən "universallar". Tədqiqat göstərib ki, ətraf mühitin korlanmasına və qida çatışmazlığına qarşı ən həssas və müdafiəsiz olanlar məhz ildə bir nəsil verən dar ixtisaslaşmış növlərdir. İnsan fəaliyyəti ümumilikdə bütün kəpənək populyasiyalarını azaltsa da, universalların hərəkət sərbəstliyi onlara sağ kalmaqda kömək edir.

Tədqiqatçıların gəldiyi ən maraqlı nəticələrdən biri də odur ki, hətta meşələrin bərpası prosesi belə bəzi nadir dar ixtisaslaşmış kəpənəklərin mühitini dəyişərək onların yox olmasına səbəb ola bilər. Bu səbəbdən biologiya mütəxəssisləri biomüxtəlifliyi qorumaq üçün məhz bu həssas növlərin məskunlaşdığı mikrozonaların prioritet mühafizə olunmasını vacib sayırlar.

Hazırladı: 
Arzu Əliyeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью