Kəpəyin effektli müalicəsi | Icma.az
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Kəpəklə mübarizədə xüsusi müalicəvi şampunlar çox yaxşı kömək edir.
Bu şampunların üzərində xüsusi qeyd olur "kəpəyə qarşı" ("от перхоти").
Kəpək çox deyilsə, tərkibində bu kimi maddələr olan müalicəvi şampundan istifadə edin: - salisil turşusu (şampunun üzərinda "salicylic acid" yazılır) - kükürd (sulfur) - sink pirition (zinc pyrithione) - qatran (tar).
Salisil turşusu və kükürd kəpəyi əridir. Sink və qatran baş dərisi hüceyrələrinin bölməsini ləngidir.
Kükürd və sink kəpəyin əmələ gəlməsinə səbəb olan göbələklə mübarizə aparır.
Müalicəvi şampunun tərkibində sadaladığımız maddələrdən biri və ya bir neçəsi ola bilər.
Ən yaxşı seçim tərkibində salisil turşusu və kükürd olan müalicəvi şampundur. Belə şampunlar apteklərdə və supermarketlərdə satılır.
Hər gün 2 həftə ərzində saçlarınızı müalicəvi şampunla yuyun. Şampunu saçlarınızda 5-10 dəqiqə saxlayıb axar suyun altında yaxşı yaxalayın.
Tam oxu
Xəbəri oxu