Kəpəz 3 legioneri ilə yollarını ayıracaq

23.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kəpəz" klubu qış "transfer pəncərəsi"ndə 3 legioneri ilə yollarını ayıracaq.

"Report"un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihana, malili Lassana Ndiaye və portuqaliyalı Viktor Braqanın xidmətində maraqlı deyil.

Hər üç futbolçu yaxın günlərdə klubu tərk edəcək.

"Sarı-göylər"in baş məşqçisi Azər Bağırov onların əvəzinə heyətə yeni legioner futbolçular qatmağı planlaşdırır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью