Kəpəz Araz Naxçıvan a qarşı

13.04.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının 30-cu turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk oyunu Tovuzda keçiriləcək.

"Kəpəz" avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Araz-Naxçıvan"ı qonaq edir. Gəncə təmsilçisi hazırda 27 xalla təhlükəli zonadadır. "Sarı-göylər" bu matçda qalib gələcəyi halda, turnir cədvəlində "Sumqayıt"ı geridə qoyaraq 8-ci pilləyə yüksələcək aktivində 51 xal olan naxçıvanlılar isə turnir cədvəlinin 3-cü yerdədir. 

Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.

Misli Premyer liqası

IV dövrə, XXX tur

17:00. "Kəpəz" - "Araz-Naxçıvan"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz. Şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью