“Kəpəz” “Araz Naxçıvan” matçına doğru: İki futbolçu oynamayacaq

12.09.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itki ilə çıxacaq. Naxçıvan təmsilçisində Roman Maçado, “Kəpəz”də isə Ahmed Fofana zədə səbəbindən meydana çıxa bilməyəcək.

Hər iki komanda da cəzalı futbolçu yoxdur.

“Kəpəz” – “Araz Naxçıvan” matçı bu gün saat 17:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью