Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
İlk olaraq “Kəpəz” “Araz-Naxçıvan”ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da Şamaxı şəhər stadionunda başlayacaq.
Günün ikinci görüşündə isə “Neftçi” son ölkə çempionu “Sabah”ı qəbul edəcək. Görüşün start fiti “Palms Sports Arena”da, saat 19:30-da səslənəcək.
Xatırladaq ki, tura oktyabrın 11-i yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, VII tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan”– “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.
“Palms Sports Arena”