“Kəpəz” “Araz Naxçıvan”ı, “Neftçi” “Zirə”ni qəbul edir

13.04.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. 

Günün ilk qarşılaşmasında 9-cu pillədə qərarlaşan “Kəpəz” Tovuzda 3-cü yerdəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Gəncə klubu bu matçda qalib gələcəyi halda, turnir cədvəlində “Sumqayıt”ı geridə qoyaraq 8-ci pilləyə yüksələcək. Lakin cari mövsümdə bu komandaların qarşıdurmasının statistikası "Kəpəz"in əleyhinədir. 3 matçdan birində qolsuz bərabərliyə nail olan Gəncə təmsilçisi digər iki oyunda uduzub (0:1, 0:2). 

Turun son matçında isə “Neftçi” öz meydanında “Zirə”ni sınağa çəkəcək. “Ağ-qaralar” hazırda 35 xalla 6-cı, Rəşad Sadıqovun komandası isə 55 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” 3 xal qazana bilsə, turnir cədvəlində “Sabah”ı geridə qoyacaq. 
Cari mövsüm bu komandalar arasında 3 görüşdən 1-də “Zirə” (2:0), digər ikisində isə eyni hesabla (2:1) “Neftçi” qalib gəlib. 

Misli Premyer Liqası, 30-cu tur

13 aprel

17:00. “Kəpəz” - “Araz-Naxçıvan”
Hakimlər:
Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Tovuz şəhər stadionu

19:15. “Neftçi” - “Zirə”
Hakimlər:
Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.

11 aprel

“Səbail” - “Qarabağ” - 1:4

12 aprel

“Turan Tovuz” - “Sabah” - 2:1

“Sumqayıt” – “Şamaxı” - 1:2

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью