“Kəpəz” “Arazı qəbul edəcək Premyer Liqa

22.11.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında XIV tura bu gün start veriləcək.

Teleqraf.com xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Kəpəz" Tovuz şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Hazırda Gəncə təmsilçisi turnir cədvəlində 7 xalla 10-cu pillədə qərarlaşıb. 30 xala malik Naxçıvan klubu isə ikincidir.

Misli Premyer Liqası

II dövrə, XIV tur

22 noyabr

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью