“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

12.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Mövsümün sonunda baş məşqçisi Azər Bağırovla yollarını ayıran “Kəpəz” Arif Əsədovla danışıqlar aparır.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin baş məşqçi postuna əsas namizəd məhz 55 yaşlı mütəxəssisdir. Tərəflər arasında davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub. Hazırda son detallar müzakirə edilir.

Fors-major hal baş verməsə, təcrübəli çalışdırıcının təyinatının bu həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Arif Əsədov son dəfə Azərbaycan millisində müvəqqəti baş məşqçi kimi çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью