Kəpəz autsayderin qonağıdır

09.10.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən 20 günlük fasilədən sonra Misli Premyer Liqasında fasilə bitir. Sport24.az xəbər verir ki, bu gün artıq 7-ci tura start verilir. Hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Araz-Naxçıvan" ev oyunlarını keçirdiyi Şamaxıda "Kəpəz"i qonaq edir. Nominal meydan sahibləri millinin oyunlarına görə yaranmış fasilədə baş məşqçi dəyişikliyi edib. Cavid Hüseynovla yolları ayıran Naxçıvan təmsilçisi "sükan arxasına" ukraynalı Yuri Maksimovu dəvət edib. Qonaqlar hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıbsa, "Araz-Naxçıvan" 2 xalla zirzəmidə qərarlaşıb.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

I dövrə, VII tur

16:00. "Araz-Naxçıvan" - "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı. Şəhər stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью