Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. “Kəpəz” tezliklə illərdi həsrətini çəkdiyi böyük maliyyə dəstəyi ala bilər.“Footbal
Nəşrin iddiasına görə, klubun sponsor problemi yaxın vaxtlarda həllini tapacaq.
Beləliklə, Gəncə təmsilçisi Yeni il bayramına qədər qarşı tərəflə müqaviləyə qol çəkəcək.Qeyd olunanlar haqda ətraflı məlumat almaq məqsədilə adı çəkilən nəşrin rəhbəri Ceyhun Əliyevlə əlaqə saxladıq.
Həmkarımızın “Football-plus.az”a cavabı:“Bəli, yaydığımız məlumat tam realdı. İnşallah, tezliklə “Kəpəz”in yeni sponsoru bəlli olacaq.
İlkin danışıqlara start verilib və məsələ mərhələli şəkildə həllini tapacaq.
Sadəcə, bu barədə ətraflı bilgi açıqlamaq məxfilik prinsipinə ziddi. Daha əvvəl də “sarı-göylər”in belə danışıqları baş tutub.
Təəssüf ki, həmin cəhdlərin uğursuzluqla nəticələnməsində prosesin bir sıra detallarının ictimailəşdirilməsinin də rolu olub.
Bu üzdən həm “Kəpəz”, həm də qarşı tərəf tam anlaşana qədər məsələnin gizli saxlanılması vacibdi.