futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında X turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Gəncədə qeydə alınıb. “Kəpəz”in “İmişli”yə qalib gəldiyi matçda 10500 tamaşaçı tribunada yer alıb.
Ən aşağı göstərici isə “Araz-Naxçıvan” – “Zirə” oyununda olub. Şamaxı şəhər stadionunda tribunalardan görüşü 300 tamaşaçı izləyib.
Misli Premyer Liqası
Turun oyunlarını izləyən azarkeş sayı
Turan Tovuz – Sabah 3:2 (4000 tamaşaçı)
Araz-Naxçıvan – Zirə 2:2 (300 tamaşaçı)
Qəbələ – Qarabağ 0:0 (1500 tamaşaçı)
Şamaxı – Neftçi 2:3 (1300 tamaşaçı)
Kəpəz – İmişli 1:0 (10500 tamaşaçı)
Sumqayıt – Şəfa 1:1 (1300 tamaşaçı)
Qeyd: rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.