Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının V turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyununda baş verən hadisə ilə bağlı qərar qəbul edib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 12-də keçirilmiş qarşılaşmada “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 5 min manat məbləğində cərimələnib.