Kəpəz azarkeşlərinin bu addımı gündəm oldu | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. “Kəpəz” futbol komandasının azarkeşləri klubun rəhbərliyinə müraciət ediblər.
Globalinfo.az xəbər verir ki, onlar tanınmış ictimai xadim və media nümayəndəsi Ceyhun Əliyevin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs kimi təmsil olunmasını istəyiblər.
Bildirilib ki, bu, klubun yeni İdarə Heyəti sədri Namiq Qədirovun fəaliyyətinə dəstək məqsədi daşıyır: “Sözügedən təşəbbüs azarkeşlərin səsinin yalnız tribunadan deyil, klubun idarəçiliyindən də eşidilməsinə yönəlib.
Onlar hesab edirlər ki, bu addım klubla ictimaiyyət arasında daha güclü körpü yaradacaq, eləcə də “Kəpəz”in ictimai imicini möhkəmləndirəcək.
Təklifin qəbul edilib-edilməyəcəyi və klub rəhbərliyi tərəfindən necə qarşılanacağı isə yaxın günlərdə bəlli olacaq”.
Qeyd edək ki, Ceyhun Əliyev Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini kimi fəaliyyət göstərir.
O, eyni zamanda “PatriotNews.az” xəbər portalının təsisçisi və baş redaktorudur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu