Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu oyuna gəncəli azarkeşlər arasında böyük maraq vardı. Yerli komanda “Şamaxı”ı komandasını qəbul edirdi. Bu qarşılaşma həm də ona görə xüsusi əhəmiyyət daşıyırdı ki, qonaq komandanın Baş məşqçisi Azər Bağırov idi.
Bu həmin Azər Bağırov idi ki, “Kəpəz” komandasının ən çətin, ikinci dəstəyə düşmək təhlükəsi ilə üz-üzə qalanda məsuliyyti öz üzərinə götürdü və batmaqda olan gəmi kapitanı kimi “Kəpəz”i ikinci dəstəyə düşmək təhlükəsindən xilas etdi. Onun istefasının səbəbi hələ də müəmma olaraq qalır.
Bu oyun həm də duel təsiri bağışlayırdı: bir tərəfdə vaxtilə “Kəpəz”ə rəhbərlik etmiş, onu ikinci dəstəyə düşmək təhlükəsindən xilas etmiş və hazırda “Şamaxı” komandasını çalışdıran Azər Bağırov, digər tərəfdə isə vaxtilə “Kəpəz”də baş məşqçi kimi çalışmış və yenidən etmad göstərilən Azər Məmmədov dayanmışdı.
Gəncə stadionu belə tarixi məqamı bir dəfə yaşayıb. Qədim şəhərin futbol komandası ikinci liqanı uğurla baş vurub SSRİ birinciliyi yarışında iştirak etmək hüququ qazananda da yeni stadiona ehtiyac var idi və gəncəlilər yaxşı xatırlayırlar. O vaxt bütün şəhər elliklə yeni stadionun tikintisinə köməyə axışdı və idman sarayı fantastik bir vaxtda ilk oyuna hazır oldu. Onda futbolçular da azarkeşlərə borclu qalmadı, “Dinamo” Kiyev, “Torpedo” Moskva, “Dinamo” Tbilisi, xüsusilə “Ararat” Yerevan komandaları ilə keçirilən yarışları yaşlı insanlar bu günkü kimi xatırlayırlar.
Qədim şəhər yenə də o ab-havada idi. “Kəpəz” yeni stadionda keçirilən birinci oyunda qələbə qazanaraq azarkeşlərin etimadını doğrultdu. Növbəti oyuna da futbolsevərlər stadiona qələbə ab-havası ilə toplaşmışdılar.
Amma “Kəpəz” qədim şəhərin çoxminli azarkeşlərinin arzusunu gözündə qoydu. Azər Bağırov yeni komandası ilə “Kəpəz”i məğlub etdi.
Təəssüf... “Kəpəz” yeni stadiona layiq oyun göstəsmədi, çoxminli azarkeşlərin ehtirasının üstünə su səpərək onların arzularını gözündə qoydu.