“Kəpəz” belçikalı futbolçunun transferini açıqlayıb

13.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 avqust, AZƏRTAC

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisi Desmond Akuanın keçidini rəsmiləşdirib.

Belçikalı yarımmüdafiəçi ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Desmond Akua son olaraq Belçikanın “Dender” komandasında çıxış edib. 24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyunda 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью