“Kəpəz” Bentudan FİFA ya şikayət etdi

01.02.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kəpəz”in 2025-ci ilin avqustunda transfer etdiyi Cefferson Bentu qış fasiləsində düşərgədən ayrılandan sonra həyat yoldaşının Gəncəni bəyənmədiyinə görə komandaya qayıtmaq istəmədiyini bildirmişdi.

“Sarı-göylər” bir neçə gün futbolçunu qaytarmağa cəhd etsə də, braziliyalı futbolçunun qərarında israrlı olduğunu gördük. Mərkəz müdafiəçisinə özünə yeni komanda tapıb Gəncə klubuna kompensasiya ödəməsi üçün ötən həftənin sonuna qədər möhlət verilmişdi. Əks halda FİFA-ya şikayət olunacaqdı. Artıq bu vədə də başa çatıb. Hətta 5 gün də keçib. Cefferson Bentu hələ də klubsuzdu.
Bəs “sarı-göylər” futbolçudan FİFA-ya şikayət edibmi? Kompensasiya məsələsi necə həll olunacaq?
“Kəpəz”in Media və marketinq departamentinin rəhbəri Gəray Qiyasov sualımızı cavabladı. Onun dediyinə görə, artıq braziliyalı futbolçudan FİFA-ya şikayət edilib. Bundan sonra məsələyə dünaynın ali futbol qurumu baxacaq və kimin haqlı olduğuna qərar verəcək.
Xatırladaq ki, Bentu ilk dövrədə 16 oyunun hər birində meydanda olub, komandanın əsas üzvlərindən biri sayılırdı.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью