Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının IV turunda keçiriləcək "Kəpəz" – "Şamaxı" oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, sentyabrın 4-də Gəncə şəhər stadionunda baş tutacaq oyun üçün qiymətlər 2, 3 və 5 manatdır.
Bu arenadakı ilk matçda isə qiymətlər 3, 5 və 10 manat idi.
"Kəpəz" – "Şamaxı" oyununa saat 20:15-də start veriləcək.