Kəpəz bir gündə 2 matça çıxacaq İkinci oyunun vaxtı dəyişdirildi

01.10.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz" oktyabrın 2-də 2 yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 12:00-da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşacaq "sarı-göylər" axşam saatlarında Gəncənin digər təmsilçisi "Gəncəbasar"la üz-üzə gələcək.

Yeri gəlmişkən, 1-ci Liqa komandası ilə sınaq matçının başlama vaxtı dəyişdirilib. Sözügedən görüşün 17:00-da start götürməsi planlaşdırılsa da, oyunun yarım saat tez başlaması uyğun hesab edilib.

Xatırladaq ki, Misli Premyer Liqasının ilk 6 turunda 5 matça çıxan "Kəpəz" 7 xal toplayıb və hazırda turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью