KƏPƏZ BOKT illik 15% lə 1 milyon manat borc aldı

12.02.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 10 təqvim günü davam edərək, 11.02.2026-cı il tarixində bitmişdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marja.az xəbər verir ki, istiqrazlara 52 investor 52 sifariş təqdim edib və buraxılış tam həcmdə yerləşdirilib. 

AZ2013020808 İSİN kodlu istiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2013020808

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti:  24 ay

Minimal qiymət:  100 (15.0000%) manat 

Maksimal qiymət:  100 (15.0000%) manat

Kəsmə qiymət:  100 (15.0000%) manat

Ortaçəkili qiymət:  100 (15.0000%) manat

Reallaşdırılmış həcm:  1 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı:  52

Sifariş sayı:  52

Anderrayter:  “Troni İnvestisiya Şirkəti” QSC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью