Icma.az bildirir, Apasport portalına istinadən.
Adil Şükürovla yollarını ayıran “Kəpəz” baş məşqçi postuna yeni namizədini müəyyənləşdirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bu vəzifəyə yenidən Azər Bağırovu gətirməyi planlaşdırır.
Premyer Liqa klubu hazırda 41 yaşlı mütəxəssislə danışıqlar aparır.
Azarkeşlərin də təkrar komandada görmək istədiyi məşqçi ilə razılıq əldə oluna bilər.
Məlumata görə, yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, Azər Bağırov ötən mövsümü “Kəpəz”də başa vurmuşdu. Gəncə təmsilçisi onun rəhbərliyi altında sonuncu yerdən qurtularaq elitada qalmağı bacarmışdı.
Elmir Tağıyev: “Kosovo çempionatının səviyyəsi çox yaxşıdır” AFFA açıqladı: AYXAN ABBASOV RƏHBƏRLİK EDƏCƏK De Bleker VI turdakı mübahisəli epizodları şərh edib II Liqa: “Qaradağ Lökbatan”dan qələbə, iki heç-heçə “Qəbələ”də 5-ci debüt